2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanlıların Ermənistandan deportasiyasından 35 il ötür

Azərbaycan əhalisi 8 min kvadrat kilometr ərazidə 172  yaşayış məntəqəsindən qovulub. 1988-ci ilin soyuq dekabrında qovulanların ümumi sayı 182 min nəfər olub (UNHCR məlumatları).

Bundan əlavə, 18 min kürd və min rus (Azərbaycan Ali Sovetinin Qaçqınlar üzrə Komissiyasının məlumatları) deportasiya edilib.

SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarına əsasən, zorakı deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib (iki nəfərin başı kəsilib, 11 nəfər diri-diri yandırılıb, bir nəfər asılıb, üç nəfər parçalanıb, 29 nəfər avtomobillə əzilib, 41 nəfər ölünə qədər döyülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanı ilə öldürülüb, 8 nəfər itkin düşüb). Ölənlərdən 57-i qadın, 23-ü  uşaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Erməni müəllif Zaren Karkadyan “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi” kitabında yazır ki, 1820-ci ilə qədər müasir Ermənistan ərazisində 2300 yaşayış məntəqəsindən 2000-də azərbaycanlılar yaşayıblar. 1813-cü il Gülüstan müqaviləsinin imzalanmasından sonra azərbaycanlılar vaxtaşırı kütləvi deportasiyaya məruz qalıblar.

1986-cı ildə Yerevanda nəşr edilmiş “Ermənistan və ətraf rayonların toponimləri lüğəti” kitabında yazılıb ki, müasir Ermənistan ərazisində yaşayanların 70 faizi oraya 1828-1930-cu illərdə Türkiyə və İrandan gəlib.

XX əsrdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illərdə baş verib. Nəticədə ümumilikdə 1 milyon 500 mindən çox azərbaycanlı öz tarixi yaşayış yerlərindən deportasiya edilib.

Sovet Ermənistanı yarandıqdan sonra 940 yaşayış məntəqəsində azərbaycanlılar yaşayıblar, onlardan 698-in adı sovet dövründə dəyişdirilib. 1991-ci ildə daha 91 yaşayış məntəqəsi erməni  adları ilə adlandırılıb. -03B04-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button