2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Azəryol” voleybol klubu fəaliyyətini dayandırır

Qadın voleybolçulardan ibarət “Azəryol” voleybol klubu aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracaq.

Səbəb hazırda Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən “Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədovun klubu maliyyələşdirməkdən imtinasıdır.

O, hələ 2016-cı il dekabrın 1-də federasiya rəhbəri seçildikdən sonra voleybola diqqət ayıra bilməyəcəyini açıqlayıb. Azərbaycan Voleybol Federasiyası “Azəryol”un mövsümü başa vurması üçün komandanın maliyyələşməsini öz üzərinə götürüb. Azərbaycan Super Liqasına martın sonlarında yekun vurulacaq. Məhz həmin vaxtadək klubun voleybolçuları və texniki işçilərinə maaşlar ödəniləcək. Kollektivin sonrakı aqibəti isə bilinmir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, hazırda “Azəryol” Super Liqada 11 oyundan 16 xalla 3-cü pillədə qərarlaşıb. (report)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button