Loading...
Loading...
ÖLKƏGündəm

AZAL Almatı şəhərinə reysləri ləğv edib

Son məlumata görə etirazçılar Almatı hava limanını zəbt ediblər

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC)” (AZAL) Almatı şəhərinə reysləri ləğv edir.

Bu barədə bugün, yanvarın 5-də AZAL-ın mətbuat xidmətinin məlumatında bildirilib. Məlumatda qeyd edilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib:

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”.

Bakı-Almatı üzrə reysləri aviaşirkət həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirirdi.

İki gün öncə, yanvarın 3-də Qazaxıstanda maye qazın qiymətinin artırılması etirazlara səbəb olub.

Etirazların nətcəsi kimi hökumət istafaya göndərilib.

Üstəlik, Təhlükəsizlik Şurasının sədri, uzun müddət ölkəyə rəhbərlik etən Nursultan Nazarbayevin də (keçmiş prezident) vəzifədən kənarlaşdırıldığı açıqlanıb, onun heykəlləri aşırdılıb. Etirazların , hələ də səngimədiyi bildirilir.

Son məlumata görə etirazçılar Almatı hava limanını tutublar.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  CanlıUkraynaya hücumun 7-ci günü. Kiyevə raket zərbələri endirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button