2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azay Quliyev: “İrəvanda Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunacağına inanmırıq”

“Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti payız sessiyasının İrəvanda keçiriləcəyi təqdirdə üzvlərinin təhlükəsizliyinin təmin olunacağına şübhə ilə yanaşır”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin Vankuverdə keçirilən iclasında payız sessiyasının İrəvanda keçirilməsi təklifinin müzakirəsi zamanı bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bu il aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılışında Ermənistanın baş naziri Nikol Paşinyanın da tamaşaçılar arasında olduğu zaman Azərbaycan bayrağının yandırılması hadisəsindən danışıb.

“Beynəlxalq təzyiqlərlə üzləşən Ermənistan təqsirkarı saxlayıb, lakin həmin şəxs heç bir ittiham irəli sürülmədən dərhal azadlığa buraxılıb. Ən pis məqam odur ki, cəmiyyət o şəxsi qəhrəman elan edib… Bu hadisə ucbatından Azərbaycan idmançıları yarışlara qatılmadan ölkəni tərk etməyə məcbur oldular”, – o vurğulayıb.

A.Quliyev ATƏT-i sessiyanın İrəvanda keçiriləcəyi təqdirdə Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin tam təmininə əmin olmağa çağırıb: “Ümid edirəm ki, qərar qəbul edilməzdən əvvəl bütün bu məsələlər diqqətlə nəzərdən keçiriləcək”.

Xatırladaq ki, dünən Kanadanın Vankuver şəhərində ATƏT Parlament Assambleyasının iyulun 4-dək davam edəcək 30-cu illik sessiyası işə başlayıb. İclasda Milli Məclisin deputatları Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev iştirak edirlər.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button