2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bəxtiyar Hacıyev məhkəməsində: “Mən siyasi girovam” 

Bəxtiyar Hacıyev: Hər dəfə hakimiyyət seçkilərə siyasi məhbuslarla gedir. İndi yenə belə edir. Bəxtiyar Hacıyev, Qubad İbadoğlu… 

Hakim (sözünü kəsir): Hacıyev, vəsatətə münasibət bildirin, kənara çıxmayın. 

Bəxtiyar Hacıyev: Bu, elə mənim münasibətimdir. Qanun məni istintaq altında 13 aydan çox tutmağa yol vermir. 13 ay çoxdan başa çatıb, 16 aydır məni həbsdə saxlayırlar, özümü 13 ayı istintaq altında saxlanılan şəxs, son 3 ayı isə hakimiyyətin siyasi girovu hesab edirəm. 

Saytların yığılması Saytlarin yigilmasi

Hakim: – Hacıyev, siz məhkəmə tərəfindən xəbərdarlıq olunursuz (üzünü katibə tutur) – Protokola qeyd elə. 

Az sonra hakim Bəxtiyar Hacıyevə ikinci xəbərdarlığı protokollaşdıracaq. 

Bu söz çəkişməsi yanvarın 7-də ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsinə hazırlıq iclasında onunla məhkəmə iclasına sədrlik edən hakim Əli Məmmədov arasında baş verib. Bəxtiyar Hacıyev və vəkilləri məhkəməyə xeyli vəsatət təqdim edib. Bəxtiyar Hacıyev onsuz da bu vəsatətlərin təmin olunmayacağını deyəndə hakim əsəbiləşib. Bəs bu vəsatətlər nədən ibarət olub? 

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında Yasamal Rayon Məhkəməsində Ülviyyə Alovluya qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamlarıyla həbs olunmuşdu. Sonradan ona QHT fəaliyyətinə görə əlavə maddələr verilmişdi. Həbsini qanunsuz hesab edən Bəxtiyar Hacıyev saxlandığı ictintaq təcridxanasında ayrı-ayrı vaxtlarda iki dəfə aclıq aksiyası keçirmişdi. Onun şəxsi sosial şəbəkələrdəki hesabları sındırılmış, şəxsi yazışmaları yayılmışdı. 

MADDƏLƏR 

İstintaq orqanı Hacıyevə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələriylə cinayət işi başlasa da, sonradan 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri də əlavə olunub. Bəxtiyar Hacıyev müxtəlif beynəlxalq təkilatlardan qrantlar alıb təyinatı üzrə xərcləməməkdə təqsirləndirilir. 

Bəxtiyar Hacıyevin vəkillərindən biri Elçin Sadıqovun ilk vəsatəti elə bu maddələrlə bağlı idi. O, vəsatəti belə əsaslandırıb ki, Bəxtiyar Hacıyevin fəaliyyətiylə bağlı ittihamlar hansısa mənbəyi müəyyən olunmayan saxta emaildən anonim göndərilmiş müraciət əsasında verilib. Qanunvericiliyə görə, anonim müraciət araşdırma aparılmasına, cinayət işi başlanmasına əsas ola bilməz. Vəkil: “skrenşot”ları işə sübut kimi əlavə ediblər, bu, qanunsuzdur, istintaq yalnız sənədin əslini sübut kimi götürə bilər. İstintaq saxta sənədləri, saxta emaildən gələn, mənbəyi bilinməyən, araşdırılmayan müraciəti əsas götürərək bu qədər maddəni yükləyib. Ona görə də hesab edirik ki, saxta sənədlər sübutlar siyahısından çıxarılmalıdır, həmin saxta sənədlər əsasında Hacıyevə verilmiş ittihamlara xitam verilməlidir”. 

Digər vəsatət ev dustaqlığına buraxılması ilə bağlı olub. Bəxtiyar Hacıyev özü də məhkəməyə əlavə şahidlərin dəvət olunmasıyla bağlı yazılı vəsatət təqdim edib. Dəvət olunması istənilən şahidlərin siyahısında Yasamal rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilov, Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov da var. 

Vəsatətlər ətrafında müzakirələr aparılarkən Bəxtiyar Hacıyev saxlandığı 16 ay ərzində verilmiş 40 vəsatətdən heç birinin təmin olunmadığını dilə gətirib: “Yaxşı bilirəm ki, bu gün burada verdiyimiz vəsatətlər də təmin olunmayacaq”, deməsi yenə hakimi əsəbiləşdirib. O, katibə bildirib ki, Bəxtiyar Hacıyevə ikinci xəbərdarlığı da protokola qeyd etsin.   

Hər şey Bəxtiyar Hacıyevin dediyi kimi olub. Məhkəmə qısa müşavirədən qayıdandarkən məlum olub ki, verilmiş vəsatətlərin heç birinin təmin edilməyib. Məhkəmə baxışı yanvarın 19-na təyin olunub.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button