2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bəxtiyar Hacıyev öz məhkəməsini "siyasi proses" adlandırıb

Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə növbəti iclas davam edib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib ki, iclasda Hacıyevin ifadəsi davam edib.

Fəal ona qarşı irəli sürülən ittihamları rədd edib. O, hakimə etiraz edərək deyib ki,  hakim onun öz mövqeyini sərbəst ifadə etməsinə imkan vermir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu, hüquqi proses deyil, siyasi prosesdir, ona görə də mən siyasi məsələlərdən də danışacağam”, – Hacıyev deyib. O qeyd edib ki, 2015-ci ildə Çexiyada qalmaq və işləmək niyyətində olub. Ancaq İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasından onunla əlaqə saxlayıblar və gənclər siyasəti sahəsində kömək etmək üçün “geri dönməsini xahiş ediblər”. Hacıyev ölkəyə qayıdışını özünün”səhvi” adlandırıb.

Hacıyev bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinkenin İlham Əliyevə telefon zəngindən danışmaq istəyəndə hakim imkan verməyib. Həmçinin hakim Hacıyevin iclas zamanı öz vəkillərinin yanında oturmasına icazə verməyib. İş üzrə növbəti iclas aprelin 18-nə təyin edilib.

*Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə hörmətsizlik (Cinayət Məcəlləsinin 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələrilə ittiham irəli sürülüb.

2023-cü il noyabrın 7-də Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev hesab edir ki, ona qarşı bütün ittihamlar saxtadır. O əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Beynəlxalq təşkilatlar dəfələrlə onun azad edilməsinə çağırıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button