2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bəydəmirli azad olunması üçün prezidentə müraciət edib

Həbsdə olan iş adamı Nazim Bəydəmirli prezident İlham Əliyevə müraciət edərək, barəsində olan cinayət işinə xitam verilməsi üçün göstəriş verilməsini xahiş edib. 

Toplum TV “Turan” informasiya agentliyinə istinadən xəbər verir ki, hazırda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə (hədə-qorxu ilə tələb etməkdə) təqsirli bilinərək saxlanılan Bəydəmirli ona qarşı işin hüquqi əsasının olmadığını bildirib.

Sabiq deputat prezident Əliyevə müraciətində iddia edib ki, onun ötən il iyulun 4-də baş vermiş həbsi uydurma cinayət işi əsasında olub. O, həbs olunmazdan əvvəl iki həftə ərzində media ilə aktiv əlaqədə olduğunu, “Söyüdlü hadisələri” adlandırdığı hadisədən sonra yerli və xarici nümayəndələrə müsahibələr verdiyini vurğulayıb. Bu müsahibələr zamanı Bəydəmirli öz təsir imkanlarından istifadə edərək yerli sakinləri sakit olmağa və hüquq-mühafizə orqanları ilə münaqişələrdən qaçmağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bəydəmirli iddia edib ki, sakitliyə və Dövlət Komissiyası ilə əməkdaşlıq etməyə çalışsa da, hadisələrdən az sonra yerli saytlar və dövlət televiziyası vasitəsilə ona qarşı məqsədyönlü qara piar kampaniyası başlayıb və bu kampaniyada onu “təşkilatçı” və “rejissor” adlandırıblar. O, çıxışlarının dövlətin, xalqın mənafeyinə uyğun olduğunu vurğulayıb.

Heç bir konkret ittiham irəli sürülmədən yeddi ay həbsdə yatmış Bəydəmirli prezident Əliyevə fevralın 7-də keçiriləcək seçkilərdə uğurlar arzulayıb. O, ictimai fəaliyyəti dövründə Azərbaycan dövlətinin müdafiəsinə sadiqliyini vurğulayaraq, ona qarşı irəli sürülən əsassız ittihamlardan narazılığını bildirib.

Bəydəmirlinin müdafiə bəyanatı ona “ekoloji məhbus” kimi münasibət göstərildiyinə inandığını göstərir və o, həbsinin əsl motivinin diqqəti Gədəbəy rayonunda baş verənlərdən yayındırmaq olduğunu iddia edir. Sentyabrın 1-də ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə başqa ittiham irəli sürülüb. O, bu ittihamı da qəti şəkildə rədd edir.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button