2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Bəzən müəssisələr sui-istifadə məqsədilə yaradılır”

Samir Əliyev: “Müəssisənin hansı səbəblə açılması və sonrakı taleyi məsələsinə də diqqət yetirmək vacibdir”

Vergilər Nazirliyinin verdiyi məlumata görə, son 6 ayda Azərbaycanda 500 müəssisə yaradılıb ki, bunların da böyük əksəriyyəti regionların payına düşür.

Maraqlıdır, yaradılan bu müəssisələr ölkə insanının həyatında, işsizlik probleminə qarşı mübarizədə, sosial-iqtisadi rifahın yaxşılaşmasında özünü niyə hiss etdirmir?

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev müəssisələrin açılmasının özlüyündə müsbət tendensiya olduğunu vurğulasa da, işin digər məqamlarının da mühüm rol oynadığını qeyd etdi:

“Təbii ki, müəssisələrin açılması yaxşıdır. Lakin bundan daha yaxşısı açılan bu müəssisələrin fəaliyyətinin uzunömürlü olmasıdır. Azərbaycanda qeydiyyat asandır və müəssisələrin açılmasında heç bir problem yoxdur. Amma bəzi hallarda açılan müəssisə uzun müddət fəaliyyət göstərə bilmir və nəticədə bağlanır. Bu baxımdan müəssisələrin uzunmüddətli fəaliyyəti olduqca mühüm əhəmiyyət kəsb edir.

Müəssisələrin hansı səbəbdən, hansı məqsədlə açılması məsələsinə də diqqət yetirmək lazımdır. Təəssüflər olsun ki, bir sıra hallarda müəssisələr sui-istifadə məqsədi ilə açılır. Yəni açılan müəssisədə çox böyük yeyinti olur və bu səbəbdən də onu bağlayıb yenisini açırlar. Ona görə də müəssisənin hansı səbəblə açılması və sonrakı taleyi məsələsinə də diqqət yetirmək vacibdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button