2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bahar Muradova: “Heydər Əliyev Azərbaycan sevgisini hər bir gəncin qəlbinə köçürə bilib”

“Heydər Əliyev Azərbaycan sevgisini hər bir gəncin qəlbinə köçürə bilib”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” İdarəçilik Marafonu adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Azərbaycan Heydər Əliyevin əsəridir” fikrində heç bir mübaliğə yoxdur və bütün dünya bunu belə qəbul edir: “Biz bütövlükdə xalq olaraq Heydər Əliyev şəxsiyyətinə geniş miqyasda yüksək qiymət veririk. Bu gün Azərbaycan parlaq ulduz kimi dünyanın hər yerindən görünür”.

B.Muradova bildirib ki, Heydər Əliyev Azərbaycan sevgisini hər bir gəncin qəlbinə köçürə bilib: “Bu gün Azərbaycan əmin əllərdədir. Biz bu gün müxtəlif mövzularda Heydər Əliyev haqqında danışa bilirik. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, biz hər zaman dəyərlərimizə və Heydər Əliyev ideyalarına sahib çıxacağıq”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button