2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakı AŞPA-ya qayıtmaq üçün bir sıra tələbləri yerinə yetirməlidir – Azərbaycan üzrə məruzəçi

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın AŞPA-ya qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib.

“Biz Azərbaycanı Assambleyada görmək istəyirik, bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir”, deyə Kristoffersen Turan-ın müxbiri ilə söhbətində bildirib.

Sözügedən güzəştlərin nədən ibarət olması ilə bağlı suala cavab olaraq Kristoffersen qeyd edib ki, “Azərbaycan hakimiyyəti Assambleya ilə əməkdaşlıq etməli, həmməruzəçilərin ölkədə sərbəst fəaliyyətinə, o cümlədən həbsxanaları ziyarət etmələrinə şərait yaratmalıdır. Azərbaycan həmçinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ötən il 3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olarkən onlara həbsxanada siyasi məhbuslarla baş çəkmək icazəsi verilməyib.

Liz Kristoffersen qeyd edib ki, Azərbaycanın Ədliyyə naziri onlara növbəti səfərləri zamanı həbsxanaları ziyarət etməyə şərait yaradılacağını bildirsə də, ötən ilin 20-21 noyabrında baş tutan növbəti səfərdə yenidən icazə verilməyib.

Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin sərbəst fəaliyyətinə imkan verilməməsi və AŞPA-nın  digər məruzəçiləri – Hanna Bardell və Pol Qavanın ümumiyyətlə ölkəyə girişinə icazə verilməməsi AŞPA-nın 2024-cü ilin yanvar ayındaki sessiyasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsinin əsas səbəbi olub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button