Gündəm
Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirildiyi bildirilir
Mayın 17-də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi bildirilir.
İdarənin bəzi vəzifəli şəxslərinin rüşvət almaqda şübhəli sayıldıqları iddia edilir.
Baş Prokurorluğun mətbuat xidmətindən “Turan”a bildirilib ki, məsələ ilə bağlı ətraflı məlumat veriləcək.
Amma deyilənləri Azərbaycan Gömürük Komitəsi və Bakı Baş Gömrük İdarəsindən, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.
“24 saat” “Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirildiyi bildirilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.