2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakı bulvarı  genişləndiriləcək

Bakı bulvarının cənub istiqamətində təqribən 5,7 km uzadılması, onun ərazisinə 10,7 hektar əlavə yaşıllığın əlavə edilməsi nəzərdə tutulur.

Toplum TV xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bildirilir ki, Bakı bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 hektar olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək. Bu ərazilər aktiv ictimai yaşıllıqlara çevrilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Təklif olunan genişləndirmə layihələri həyata keçirildikdən sonra Bakı bulvarının ümumi uzunluğu 2040-cı il və ondan sonrakı illərdə 25 km-dən çox olacaq.

Baş Plan çərçivəsində digər layihələr də nəzərdə tutulur.

Məlumata görə, Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması planlaşdırılır.

Baş planda həmçinin 2040-cı ilə qədər Bakı əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button