2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakı meriyası müxalifətin mitinqinə icazə verməkdən imtina edib

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 21-də mitinq keçirmək barədə müraciətinə imtina cavabı verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər ki, müxalifətin təklif etdiyi yerlərdə kütləvi aksiyanın təşkilinin vətəndaşların sərbəst hərəkət hüququnu poza biləcəyilə əlaqədar şəhər administrasiyası mitinqin keçirilməsini “məqsədəuyğun hesab etməyib”.

Mitinqin Nərimanov metro stansiyasının qarşısında, “Məhsul” stadionunda və 28 may metro stansiyasının qarşısındakı meydanda keçirilməsi planlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Partiyada hesab edirlər ki, şəhər hakimiyyətinin qərarı qanunsuzdur və konstitusiyaya ziddir.

“Hazırda müzakirələri aparırıq və növbəti addımlarla bağlı qərar axşam elan ediləcək”, – partiyada deyiblər.

Mitinq siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, quru sərhədlərinin açılması, Rusiya sülhməramlılarının çıxarılması, pensiya və maaşların artırılması, uşaq müavinətlərinin müəyyən edilməsi tələblərilə keçiriləcəkdi.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button