2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakı Yerevanın minalı ərazilərlə bağlı verdiyi formulyarların etibarsız olduğunu deyir

Ermənistan hələ ki məsələyə münasibət bildirməyib

Ermənistanın Azərbaycana son təqdim etdiyi 8 ədəd formulyarda məlumatların qeyri-dəqiq, etibarsız və natamam əks olunduğu bildirilir.

Bu barədə fevralın 12-də Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib”, – deyə ANAMA əlavə edib.

Məlumatda həmçinin bildirilib ki, təqdim olunan formulyarlar əsasən, Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir:

Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25 faiz təşkil edib. Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb”.

Ermənistan tərəfi ANAMA-nın məlumatına hələ reaksiya verməyib.

Yanvarın 25-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yaymışdı ki, Ermənistan Azərbaycanla sülh gündəliyinə sadiqliyinin əlaməti olaraq və humanitar mülahizələrə əsaslanaraq 2021-ci il 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina xəritəsi verib:

Bu birtərəfli humanitar addımdan sonra Azərbaycan Ermənistanı qeyri-dəqiq, natamam formalar təqdim etməkdə və humanitar addımdan nifrət yaratmaq üçün istifadə etməkdə ittiham edərək informasiya kampaniyasına başlayıb”.

Eyni zamanda, Ermənistanın Milli Təhlükəsizlik Xidmətində daha keyfiyyətli xəritələrin olmadığı qeyd olunmuşdu:

Verilən xəritələr “Dağlıq Qarabağ”ın hərbi qulluqçuları vasitəsilə alınıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti “Dağlıq Qarabağ”ın keçmiş hərbi qulluqçuları arasında sorğu işini bərpa edib, nəticədə 8 yeni forma yaranıb və bunlar yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə ötürüləcək. Həmçinin xəritələrin surətləri beynəlxalq tərəfdaşlara göndəriləcək”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button