2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakı Yerevanın sülhlə bağlı təkliflərinə cavab hazırladığını deyir

Delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşü gözlənilir

Yanvarın əvvəlində Azərbaycan Ermənistandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə edib.

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bu haqda danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir qeyd edib ki, hazırda Azərbaycan tərəfi prosedura uyğun olaraq həmin paket üzrə öz daxili işlərini həyata keçirir.

Hazırda biz də qarşı tərəfə cavab üzərində çalışırıq. Hesab edirəm ki, növbəti həftələr ərzində böyük ehtimalla bizim tərəfimizdən Ermənistana cavab təqdim olunacaq. Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək”, – nazir vurğulayıb.

Foto: Azərtac

O həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşünün yaxın günlərdə yenidən baş tutması gözlənilir.

Nazirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri də iki ölkə arasında olan dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsidir.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan
“respublika”- nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button