Loading...
Loading...
Cəmiyyət

Bakıda 20 yaşlı qadın 1 yaşlı oğlunu zəhərləyərək öldürüb

Bakıda qadın 1 yaşlı övladının yeməyinə zəhər qataraq qətlə yetirib.

Bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

24 saat” “Bakıda 20 yaşlı qadın 1 yaşlı oğlunu zəhərləyərək öldürüb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Müəllimliyi dəmirçiliyə dəyişən sənətkar: “İşi pul üçün deyil, zövq alaraq görmək lazımdır” - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button