2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda avtomobillər ucuz qiymətə hərraca çıxarılacaq – SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da Yeni ilin ilk avtomobil hərracını keçirəcək.

Komitədən verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar cəmiyyətlər və kiçik müəssisələrlə yanaşı, ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 12 avtomobil də satışa çıxarılacaq.

Hərraca çıxarılan avtomobillərin ilkin satış qiyməti 1300 manatdan başlayır. Siyahıda 1900 manata, 2400 manata, 2800 manata və 5500 manata satılan avtomobillər də var. Satışa çıxarılan avtomobillər 1988-2006-cı illərdə istehsal edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Avtomobillərdən 6-sı Daxili İşlər Nazirliyinin, 4-ü Xüsusi Dövlət Mühafizə Xidmətinin, 1-i Dövlət Statistika Komitəsinin balansındadır.

Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.

Sifarişlər və hərraca çıxarılan avtomobillərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button