2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqram Günləri keçiriləcək

Bakıda noyabr ayının 20-dən 24-dək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqram (SPECA) Günləri keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, tədbir Azərbaycanın Proqramda sədrliyi çərçivəsində baş tutacaq.

SPECA Günləri çərçivəsində noyabrın 21-22-də Bakıda “SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi” adlı iqtisadi forum da keçiriləcək.

Tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub.

Forumun ekspertlər səviyyəsində müşavirə kimi keçirilməsi planlaşdırılır. Buraya SPECA regionunda ticarət, rəqəmsallaşma, enerji və tranzitlə bağlı məsələlər üzrə panel müzakirələri və s. daxildir. Onun yekun sessiyasında akademik və tədqiqat institutlarının nümayəndələri növbəti 25 il ərzində iqtisadi əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi üçün SPECA-nın strateji baxışını müzakirə edəcəklər.

Qeyd edək ki, hazırda SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button