Now Reading:
Bakıda kafedə kütləvi dava zamanı bir nəfər ağır xəsarət alıb

Bakıda kafedə kütləvi dava zamanı bir nəfər ağır xəsarət alıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Firudin Ağayev küçəsində fəaliyyət göstərən kafelərdən birində əlbəyaxa dava olub. Nəticədə 34 yaşlı Yevgeniy Karol Anatoliyeviç bir neçə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.