2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda oğul anasının boğazını kəsdi

Bakıda oğul mübahisə zəminində anasının boğazını kəsib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən yaşayış evində kirayə yaşayan 45 yaşlı Bəkirova Fərqanə Ələsgər qızı oğulu ilə mübahisə edib. Nəticədə F.Bəkirova oğulunun bıçaqlı hücumuna məruz qalıb. F.Bəkirovanın boğazı kəsilib. O, digər oğlunun köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Bəkirova əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilib.
F.Bəkirova cərrahiyyə əməliyyatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına izahat verərkən oğlunun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini və ondan şikayətçi olmadığını bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button