2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıda qəbirstanlıqdan elə bir şey tapıldı ki… – VİDEO (FOTO)

Bakının Yasamal qəbirstanlığı ərazisində qəribə olay baş verib. Bir nəfər anasının məzarı başından cadu aşkar edib. Belə ki, torpağı qazan şəxs bir gənc ailəyə məxsus fotolar və qara kağıza bükülmüş üzərində ərəbcə yazı olan kağız aşkar edib.

Videonu çəkən şəxs şəkildəki insanları tanıyanlara müraciət edib.
“Camaat Paylaşın! Qoy şəkildəki insanlarlar bilsin və ehtiyyatlı olsun. Yasamal qəbirstanlığında anamın 3-cü cümə axşamında iş yoldaşlarımla məzarını ziyarətə getmişdik. Anamın dəfn olunduğu yerə yaxınlaşan kimi, gördüm ki, başdaşı tərəfdə torpaq dağıdılıb. İlk ağlıma gələn fikir o oldu ki, yəqin it ya pişik edib. Amma yaxınlaşıb gördüm ki, qadın ayaqqabısının izi var, şəkildə açıq və aydın görünür. Onda bildim ki, cadu basdırıblar. Nəticəsini videoya çəkmişəm. Deyirəm ki, necə də şərəfsiz və murdar insanlar var. Allah bəlanızı versin”, – deyə videonu çəkən şəxs bildirir.

 

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button