2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda qanunsuz mərc oyunları təşkil edən şəxslər saxlanılıb -Foto

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, daxil olan məlumat əsasında qeyd edilən çay evinə baxış keçirilib. Nəticədə həmin obyektdə qanunsuz mərc, qumar oyunları təşkil edən Bakı şəhər sakini Mehdi Cəfərov və Ağstafa rayon sakini  Müqabil Pənahov saxlanılıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də digər əşyalar aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı edilib ki, M.Cəfərov və M.Pənahov müvafiq qanunvericiliyin tələblərini pozaraq qanunsuz idman mərc oyunlarının təşkili nəticəsində külli miqdarda gəlir götürüblər.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button