2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıda saxta seçkiyə etiraz; Tutulanlar rayonlara aparıldı FOTO VİDEO

Fevralın 16-da Bakıda, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında növbədənkənar parlament seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq aksiya keçirilib. Aksiya ReAl, Müsavat partiyaları və D18 təşkilatı adından saat 15:00-a elan edilmişdi. Amma aksiyanın vaxtından xeyli əvvəl ərazini gücləndirilmiş polis qüvvələi nəzarətə götürüb.

Hələ aksiya başlamamış təşkilatçıların həbsi barədə xəbərlər gəlməyə başlayıb. ReAl sədri İlqar Məmmədov və Müsavat başqanı Arif Hacılı evlərinin qarşısında mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. D18-in rəhbəri Ruslan İzzətli isə sonradan özünün verdiyi məlumata görə, təşkilatının ofisi qarşısında eyni qaydada saxlanılaraq aparılıb. Deputatlığa namizədlərdən Mehman Hüseynov və Ülvi Həsənli də aksiyaya getmək istəyərkən yolda saxlanılaraq naməlum istiqamətə aparılıb. Sonradan bəlli olub ki, İlqar Məmmədovu 4 saat avtomobildə gəzdirdirib, axırda da Şamaxıda Radioaktiv tullantıların saxlanması və emal edilməsi zavodun (“İzotop”) yanında düşürüblər. Arif Hacılını isə maşınla bir müddət Bakı ərazisində gəzdirib Hacıqabul istiqamətinə aparıb, amma sonra geri qaytararaq Bayraq Meydanı yaxınığında sərbəst buraxıblar. Ruslan İzzətlini aparıb Yevlaxda sərbəst buraxıblar. Mehman Hüseynovla Ülvi Həsənli isə Hacıqabul-Kürdəmir yolunda çöllükdə buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Öncədən həyata keçirilən həbslərə baxmayaraq, MSK önündə aksiya keçirilib. Polis etirazçıların əksəriyyətini, o cümlədən deputatlığa namizədləri saxlayaraq avtobuslarla aparıb. Saxlanılanların hamısı Bakıdan xeyli uzaq məsafələrə aparılıb və nəqliyyatın olmadığı ərazilərdə tərk edilib. Saxlanılanlar Şamaxı, Qobustan və Ələt istiqamətlərində çöllüklərdə sərbəst buraxılıblar.

Aksiyadan sonra təşkilatçıları qətnamə yayıblar. Qətnamədə hökumət qarşısında bir sıra tələblər qoyulub:

– 9 fevral Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin nəticələri ləğv edilsin:

– söz və ifadə, sərbəst toplaşma və digər fundamental insan haqları təmin edilsin,o cümlədən siyasi məhbuslar dərhal azadlığa buraxılsını;

– Seçki Məcəlləsində müxalifətin, Avropa Şurasının və ATƏT-in təklifləri əsasında əlavə və dəyişikliklər edilsin;

– Avropa Məhkəməsinin seçkilərə aidiyyatı olan qərarları təcili icra olunsun və Azərbaycan Milli Məclisinə yeni seçkilər keçirilsin.

AXCP və Milli Şura aksiyaya bəyanatla dəstək verib. AXCP sədri Əli Kərimli aksiya başlamamış feysbuk səhifəsində ona dəstəklərini ifadə edən açıqlama yayıb. Ə.Kərimli aksiyadan sonra da belə bir açıqlama ilə çıxış edib:

“MSK qarşısında keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasını Milli Şura və AXCP olaraq pisləyirik. Parlament seçkilərini kütləvi şəkildə saxtalaşdırmış rejim xalqın dinc etirazına da imkan verməyib. Aksiya iştirakçılarının, o cümlədən toxunulmazlığı olan deputatlığa namizədlərin saxlanılaraq Şamaxı, Yevlax, Hacıqabul kimi uzaq yerlərə aparılıb buraxılması da rejim üçün daha bir utancdır, sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulmasıdır”.

Etirazçıları Mərkəzi Seçki Komissiyasının qarşısına buraxmayan polislər, 16 fevral 2020
16 fevral 2020, MSK-nın qarşısı. Bakı
MSK-nın qarşısında aksiya, 16 fevral 2020
Xüsusi geyimli polislər aksiyaçını saxlayıb, 16 fevral 2020
Rəbiyyə Məmmədova və digər saxlanılanlar
Yadigar Sadıqlı
Görüntünün olası içeriği: 8 kişi
Görüntünün olası içeriği: 6 kişi, oturan insanlar ve sakal
Görüntünün olası içeriği: 1 kişi, ayakta, gökyüzü, okyanus, dağ, plaj ve açık hava
Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, dağ, gökyüzü, açık hava ve doğa
Görüntünün olası içeriği: 1 kişi, ayakta, bulut, gökyüzü, açık hava ve doğa

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button