2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda sevgilisi ilə birləşərək biznesmen ərini öldürən qadının məhkəməsi başlayıb

Bir müddət əvvəl Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədov barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Hazırda tərəflər cinayət işinin materialları ilə tanış olurlar.

Qeyd edək ki, S.Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun qətl hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, paytaxtın hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.

Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Onu da qeyd edək ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib. Onun əri isə bizneslə məşğul olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button