Bakıda sürücü özünə və polis əməkdaşına yanıq xəsarəti yetirdi - 24 saat xəbərlər
Now Reading:
Bakıda sürücü özünə və polis əməkdaşına yanıq xəsarəti yetirdi
Full Article 2 minutes read

Bakıda sürücü özünə və polis əməkdaşına yanıq xəsarəti yetirdi

sürücü polis

Bakıda yol hərəkəti qaydasını pozan sürücü özünə və polis əməkdaşına yanıq xəsarəti yetirib. Hadisə bu gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində baş verib. Nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan “QAZ-31” markalı, “10-NR-899” dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.,. Belə ki, maşının üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıyırmış.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumatı təsdiqləyib.

Vaqif Əsədov

Vaqif Əsədov

O, bildirib ki, avtomobil daşıdığı yüklə yol boyu digər hərəkət iştirakçılarına maneə yaradıb: “Sürücü saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsindən imtina etməklə, avtomobilin baqajında plastmas qabdakı yanacağın benzin olduğunu bildirərək, kirbit çıxarmaqla özünü yandıracağını deyib. O, özünü yandıranda polis əməkdaşları bunun qarşısını alıblar. Sürücünün əynində yanan paltarlar çıxarılıb və Respublika Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzdən bildirilib ki, onun boynunda və sağ əlinin dərisinin yanığı qeydə alınıb. Hadisə zamanı yol polisi əməkdaşı da yanıq xəsarəti alıb”.

 

24saat.org xəbəri “Report“a istinadən təqdim edir

Input your search keywords and press Enter.