2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub – YENİLƏNİB

Bakıda 8 Noyabr – Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.

Bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

Bakıda 8 Noyabr – Zəfər Günü ilə bağlı bayram konserti başlayıb.

“Report” xəbər verir ki, bayram konserti Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında keçirilir.

Konsertin ardınca atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button