2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakıdakı velosiped zolaqlarında sədlər quraşdırılacaq

Bakının mərkəzi hissələrindəki küçə və prospektlərə çəkilmiş velosiped zolaqlarının kənarlarına təhlükəsizlik sədləri quraşdırılacaq.

Toplum TV “Trend” agentliyinə istinadən xəbər verir ki, bu barədə yanvarın 8-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu təhlükəsizlik sədləri velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi üçün qurum tərəfindən quraşdırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

AYNA tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına ötən ay başlanılıb. 

Məlumata görə, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button