2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakıdan Yerevana mesaj: Sülh istəyirsinizsə, birbaşa danışıqlara gəlin

“Bölgədə sülhün bərqərar olması Azərbaycanla birbaşa danışıqlardan keçir”

Toplum TV xəbər verir ki, bunu fevralın 19-da Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş konstruktiv və faydalı mühitdə keçib. Buna baxmayaraq, Baş nazir Nikol Paşinyanın görüşdən sonra Azərbaycan əleyhinə bəyanatlar verməsi təəssüf doğurur.

Saytların yığılması Saytlarin yigilmasi

XİN rəsmisi həmçinin növbəti dəfə Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılmasının zəruri olduğunu da vurğulayıb.

“Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”, – deyə Ayxan Hacızadə bildirib.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button