2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakının əsas yolları bağlandı – SİYAHI

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı Fəxri xiyabana gələn vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın bır sıra küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu gün səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Həmçinin, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.
M.Ağayev bildirib ki, sürücülərdən və avtomobil sahiblərindən xahiş edilir ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin, mənzil başına çatmaq üçün sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Ulu öndərin məzarını ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadə etməyə üstünlük vermələri xahiş olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button