2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakının mərkəzindəki binalarda kondisionerlər sökülür

“İki gün əvvəl evimizə gəlib dedilər ki, baş nazirin birinci müavininin əmri var, binalardakı kondisionerlər sökülməlidir. Özlərini təqdim etmədilər, bilmədik ki, hansı nazirliyin, hansı qurumun nümayəndələridirlər”. Bunu Azərbaycan prospekti, 1 ünvaninda yerləşən və “Monolit” adı ilə tanınan binanın sakini Yanina Mədətova deyir. Onun sözlərinə görə, bina sakinləri ilə razılıq əldə olunmadan onların kondisionerləri sökülür. Bir müddət əvvəl isə evlərdəki peyk antenləri də sökülüb və binaların damında quraşdırılıb.

“Ötən həftə gəlib evlərdəki antenləri sökdülər və dedilər ki, “Formula-1” öncəsi binaları təmir edirlər. İndi də kondisionerləri sökürlər. Getdikcə havalar da isinir, Bakının istisində kondisionersiz nə etmək olar? Bizə deyirlər ki, kondisionerlər binanın görünüşünü pozur, ona görə də, üzü küçəyə qoymaq olmaz. Bəs necə olsun?”, – deyə şikayətçi bina sakini bildirir.

Y.Mədətovanın sözlərinə görə, təkcə onun evində 10 ilə yaxındır ki, kondisioner işləyir, eləcə də digər evlərdə uzun illərdir ki, bu qurğu var:

Saytların yığılması Saytlarin yigilmasi

“Biz məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdik, çünki bizə əvvəlcə dedilər ki, guya bu nazirliyin əmridir. Onlar isə cavab verdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır. Meriya isə deyir ki, onların işi deyil. Biz bilmirik ki, səbəb nədir və bunu kim edir. Sadəcə olaraq, mən və digər bina sakinləri istəmirik ki, evimizin kondisioneri sökülsün”.

Yanina xanımla söhbətimiz əsnasında da elə sökülmə işləri davam edirdi. Binanın qarşısında durmuş iki maşının yanında dayanan fəhlələrin bir qismi binanı rəngləyir, digərləri isə yuxarıda kondisioner qovşaqlarını sökürdü. Onlardan səbəbini soruşub məlumat öyrənməyə çalışsaq da, heç nə bilmədiklərini, sadəcə, yerli icra hakimiyyətinin göstərişi ilə bu işlərin elə icra hakimiyyətinin hesabına görüldüyünü bildirdilər.

“Kondisionerləri birdəfəlik sökmürük. Bizə deyilib ki, yerlərini dəyişib eyvana quraşdırmaq lazımdır ki, kənardan pis görünməsin. Biz də onu edirik. Bütün binadakı kondisionerlərin yeri dəyişdiriləcək”, – deyə fəhlələr cavab verdilər.

Şikayətçi isə əlavə edir ki, binanın İstiqlaliyyət küçəsinə düşən hissəsində elə bina var ki, bir hissədə 5 kondisioner var və onu yerini heç kim dəyişdirməyib. Bəzi evlərdə isə dəyişiblər:

“Bu bizim hüquqlarımızı pozmaqdır. Bizimlə heç bir razılıq əldə olunmadan istədikləri kimi kondisionerlərin yerini dəyişə bilməzlər. Mənim evim 6-cı mərtəbədədir, iki kondisioner işləyir, onlar da damın altında qalır, heç görünmür. Bizim eyvan isə çox balacadır, ora bu kondisionerləri yerləşdirmək mümkün deyil. Mən bunu istəmirəm”.

İş görən fəhlələrə nəzarət edən səlahiyyətli şəxslə də söhbətləşdik. Özünü “Bakı Abadlığ”ın əməkdaşı kimi təqdim edən Eldar İsayev deyir ki, bu işlərin görülməsində məqsəd binanın fasadının gözəlləşdirilməsidir:

“Kondisonerlər dağınıq şəkildə hərəsi bir tərəfdədir və səliqəsiz görünür. Abadlaşdırdığımız digər binaya baxın, heç bir kondisioner yoxdur, təmiz və səliqəli görünür. Bizə tapşırıq gəldi ki, bina səliqəyə salınmalıdır. Ona görə də, kondisionerlər binaların eyvanlarına yenidən montaj edilir”.

Tikintiyə nəzarət etdiyini deyən şəxsin sözlərinə görə, bina sakinlərinin razılığı olmadan heç bir kondisionerə əl vurulmayacaq:

“Digər binada da bir xanım narazı idi. Biz onunla danışdıq, izah elədik ki, yaxşı görünmür, sonradan fikri dəyişdi. Bizə aid olan hissə ancaq buradır. Oxşar işlər Xaqani küçəsində də aparılır”.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.

Səbail rayon İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov isə təsdiqlədi ki, Xaqani küçəsində evlərin peyk antenlərinin sökülməsi işləri gedir:

“Abadlıq işlərinin görülməsi məqsədilə binaların fasadının görüntüsü düzəlir. “Monolit” adlanan binada görülən işlərə biz nəzarət etmirik. Bölgü var, həmin bölgüyə əsasən, biz Xaqani küçəsindəki binaları abadlaşdırmışıq.  Eyvanlar yeniləndi, fasadlar abadlaşdırıldı”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button