2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakıya gətirilən Beqlaryanın Xocalıya görə ittiham olunduğu bildirilir

DTX: “200-ə yaxın azərbaycanlını pusquya salaraq qətlə yetiriblər”

Qarabağda son hərbi əməliyyatlar nəticəsində həbs olunanlardan daha biri – Beqlaryan Raşid Aramayisi də 1992-ci il fevralın 26-da Xocalı faciəsinin törədilməsində ittiham olunur.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 20-də yaydığı məlumatda vurğulanır.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, hazırda Raşid Beqlaryanın Xocalıda törədilənlərlə bağlı verdiyi məlumatlar əsasında araşdırmalar aparılır.

DTX-nın məlumatına görə, Raşid Beqlaryan Xankəndidəki 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilərək həbs olunub.

Ona Cinayət Məcəlləsinin 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham verilib.

Rəsmi açıqlamaya görə, Raşid Beqlaryan Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verib.

O bildirib ki, 25 fevral 1992-ci ildə əvvəldən hazırlanan plan əsasında Xocalı şəhərinə hücum edilib.

Raşid Beqlaryan. Foto: DTX-dən screenshot

Xocalı şəhərinə hücum vaxtı azərbaycanlı əhaliyə yalan vəd verilib ki, Əsgəran rayonundan keçib Ağdam istiqamətinə gedə biləcəklər:

26 fevral 1992-ci ildə Raşid Beqlaryanın da daxil olduğu silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam istiqamətində hərəkət edən 200 nəfərə qədər mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salıb. Əksəriyyəti qadın, uşaq və qocalardan ibarət olan azərbaycanlıları avtomat silahlardan atəş açaraq, qətlə yetiriblər. Həlak olanların üzərindəki şəxsi əşyalar talan edilib, daha sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb”.

Raşid Beqlaryanın ifadəsində göstərdiyi bu halların araşdırılması məqsədilə onun ifadəsinin hadisə yerində yoxlandığı, həmin vaxt onun sözügedən yerləri əyani şəkildə göstərdiyi bildirilir.

DTX bundan öncə – noyabrın 2-də yaydığı məlumatda açıqlamada Qarabağda son hərbi əməliyyatlar nəticəsində həbs olunanlardan Madat Babayanın Xocalıda törədilənlərlə bağlı verdiyi məlumatlar əsasında araşdırmalar aparıldığını açıqlamışdı.

Məlumatda bildirilirdi ki, Madat Babayan ifadə verərkən Xocalı faciəsinin törədilməsində iştirakçı olduğunu təsdiqləyib.

O da hadisə yerinə aparılıb və dediklərini orada əyani şəkildə təsdiqləyib.

Raşid Beqlaryan və Madat Babayanın özlərinin, vəkillərinin və ya yaxınlarının münasibəti məlum deyil.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button