2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Vakansiya 2021

Bank Respublika Son müraciət:08.11.2021 Hesab üzrə mütəxəssis

 

Bank Respublika ASC Sumqayıt, Şirvan, Mingəçevir, Bərdə, Xaçmaz və Gəncə filialları üçün “Hesab üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiyalar elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 noyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində aşağıdakılardan birini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər:

  • Hesab üzrə mütəxəssis (Sumqayıt filialı)
  • Hesab üzrə mütəxəssis (Şirvan filialı)
  • Hesab üzrə mütəxəssis (Mingəçevir filialı)
  • Hesab üzrə mütəxəssis (Bərdə filialı)
  • Hesab üzrə mütəxəssis (Xaçmaz filialı)
  • Hesab üzrə mütəxəssis (Gəncə filialı)

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button