2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Vakansiya 2021

Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsinin mütəxəssisi / aparıcı / baş mütəxəssisi

Yelo Bank olaraq müştərilərimizin ehtiyac və istəklərinə cavab verən yenilikçi məhsullar təqdim etməkdən qürur duyuruq. Çoxsahəli satış komandamıza Qeyri – kredit məhsullarının satışının təşkili şöbəsinin mütəxəssisi / aparıcı / baş mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri:

  •  Qeyri-kredit məhsulları üzrə hesabatların hazırlanması
  •  Satışın artırılmasına dair təkliflərin hazırlanması
  •  Kurasiya etdiyi filial əməkdaşların (kassa, əməliyyat, müştəri məsləhətçisi) məzuniyyət və yerdəyişmələrinin planlaşdırılması
  •  Qeyri-kredit məhsullarının inkişafı, satışı və iş prosesinin təşkili üzrə aidiyyatı struktur bölmələrlə əlaqələrin qurulması
  •  Kurasiya etdiyi filialların əməkdaşlarının (kassa, əməliyyat, müştəri məsləhətçisi) iş şəraitinin yaradılmasına dəstək və nəzarət
  •  Bankın digər struktur bölmələrindən şöbəyə daxil olmuş sorğuların cavablandırılması
  •  Qeyri-kredit məhsulların satışının həvəsləndirməsinə dair marketinq proqramların / aksiyaların keçirilməsi ilə bağlı təkliflərin hazırlanması və onların həyata keçirilməsində iştirak
  •  Yeni qeyri-kredit məhsullarının təqdimatı üçün tədbirlərin keçirilməsi
  •  Ön ofis üzrə İşə qəbul olunan təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi

Tələblər:

Saytların yığılması Saytlarin yigilmasi
  •  Ali İqtisadi təhsil
  •  Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır
  •  MS Office (Excel) bilikləri
  •  Yüksək analitik qabiliyyət və hesabatlılıq bacarıqları
  •  Bank sahəsində minimum 2 (iki) il iş təcrübəsi
  •  AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi bilikləri
  •  Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •  Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv
  •  Tibbi sığorta proqramına qoşulma
  •  Yığım sığortasına qoşulma imkanı

Siz elektron poçtun “mövzu” yerinə “QKMSTŞ – mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. 

CV yollamaq üçün bu linkə keçid edin – https://www.yelo.az/az/about-bank/career/vacancies/qeyri-kredit-mehsul-mutexessis/

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button