İqtisadiyyat
Banklar bugünkü valyuta hərracında 74 mln. dollar cəlb edib
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 74,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (19 avqust 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 22,5% artıb.