Loading...
Loading...
İqtisadiyyat

Bankların faiz xərclərində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I yarısındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Azərbaycanda bankların qeyri-faiz gəlirləri üzrə – RENKİNQİ (30.06.2021)

FED.az xəbər verir ki, bunlar “Bank of Baku”, “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “AFB Bank”, “Yelo Bank” və “Express Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (31,9%), ən az azalma isə “Bank of Baku”da (4,3%) qeydə alınıb.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının bu ilin yanvar-iyun aylarında faiz xərcləri olsa da, ötən ilin eyni dövründə olmayıb. Odur ki, bu bankın faiz xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 15 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (64,3%), ən aşağı dinamika isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (0,3%) qeydə alınıb.

4 bankın faiz xərcləri 20 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I yarısındakı faiz xərcləri 20 milyon manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (51 milyon 691 min manat), “Kapital Bank” (31 milyon 737 min manat), “PAŞA Bank” (26 milyon 406 min manat) ASC-lər, eləcə də “Access Bank” QSC-dir (21 milyon 763 min manat).

Qalan 22 bankdan 4-də faiz xərcləri 10-20 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 6 bankda isə 1 milyon manatdan azdır.

renkinq

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button