2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, iclas Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Bakı şəhər, tabe rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində həyata keçirilir.

İclas bu ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Baş Prokurorluğun Kollegiya üzvləri ölkədə məhkəmə-hüquq islahatlarının banisi, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, unudulmaz xatirəsini ehtiramla yad edib.

İclasdan öncə Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.

Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button