2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətSiyasətXəbərlər

Baş redaktora Anar Məmmədova hökm oxundu

Gəncə hadisələrindən yazan jurnalist 5 il 6 ay şərti cəza aldı

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və ondan sonra baş verənlər haqda iki yazıya görə dövlət əleyhinə çağırışlarda ittiham olunan Anar Məmmədovun məhkəməsi başa çatıb. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə hökm oxunub.

Hakim Eldar Mikayılovun sədrliyilə çıxarılan hökmə əsasən, Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Lakin ona iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib.

Anar Məmmədov hökmdən narazı qalıb və apelyasiya şikayəti verəcəyini bildirib. O, martın 18-də məhkəmədə son sözündə də bildirib ki, bəraət hökmündən başqa istənilən qərar onun hüquqlarının pozulmasıdır. Jurnalistin sözlərinə görə, üç ay davam edən məhkəmə ona qarşı ittihamların absurdluğunu ortaya qoydu:

Saytların yığılması Saytlarin yigilmasi

“Başıma gətirilənlər birbaşa peşə fəaliyyətimə görə mənə qarşı təzyiqdir, məni qorxutmağa hesablanıb. Məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində çıxarılmağım jurnalist olaraq, obyektivliyini qorumağıma, baş verən hadisələri olduğu kimi işıqlandırmağıma görədir. Bu səbəbdən bundan öncə də təzyiqlərə məruz qalmışam” – Anar Məmmədov deyib.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button