2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Başkəsən “Samo” İrəvana dönüb müxalifətə keçdi, Qarabağa gələcəyini açıqladı

Bu günlərdə Moskvadan İrəvana qayıdan “Samo” ləqəbli general, qondarma “DQR ordusunun” keçmiş komandanı Samvel Babayan ilk müsahibəsini verib və hakimiyyəti tənqid edib.

Virtualaz.org erməni mətbuatına istinadən xəbər verir ki, “Samo” müsahibəsində son illər Ermənistanda olmasa da Qarabağdakı və Ermənistandakı vəziyyəti yaxından izlədiyini, Rusiyanın nüfuzlu hərbi-siyasi dairələri ilə sıx əlaqələr qurduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, 90-cı illərdə “DQR silahlı qüvvələri”nin baş komandanı olan, Qarabağ müharibəsi zamanı murdar əməlləri ilə ad qazanan Samvel Babayan 2001-ci ildə separatçı rejimin o vaxtkı rəhbəri Arkadi Qukasyana sui-qəsd təşkil etdiyinə görə həbs olunub. Ancaq 4 il yarım həbsxanada saxlanılandan sonra buraxılıb və bir müddət sonra Ermənistanı tərk edərək Rusiyaya gedib. “Samo”nun barəsində ən dolğun məlumat Tomas de Vallın “Qara bağ” kitabında yer alıb.

Britaniyalı jurnalist yazırdı ki, “Samo” atəşkəsdən sonra işğal altındakı ərazilərdə aparılan talançılığa başçılıq edib, bunun sayəsində yaxşıca varlanıb. Qarabağda yeganə söz sahibinə çevrilib və o qədər qudurub ki, hər gün Xankəndinin küçələrinə çıxıb xoşu gələn erməni qadınlarını, qızlarını ovlayıb zorlayırmış.

Samvel Babayaın aprel döyüşlərindən sonra Moskvadan Ermənistana qayıtması (yaxud göndərilməsi) sürpriz kimi qarşılandı. Müdafiə naziri Seyran Ohanyan jurnalistlərə dedi ki, Babayanın qayıtmasından xəbəri var, ancaq onunla görüşməyib. “Əgər kimsə Qarabağın müdafiəsində iştirak etmək istəyirsə heç kim ona mane olmur”-Ohanyan “Samo”nun yenidən hərbi-siyasi areanaya qayıtmasının mümkünlüyünə eyhamla bildirdi.

Babayanın yaxın ətrafından isə bildirdilər ki, onun ictimai-siyasi fəaliyyətlə məşğul olmaq niyyəti yoxdur və Ermənistandakı, habelə Qarabağdakı proseslərə qarışmayacaq. Lakin indi “Samo” 7or.am adlı sayta müsahibəsində Ermənistan hakimiyyətini aprel uğursuzluqlarına görə sərt tənqid edib. Deyib ki, o, hələ 2013-cü ildə ordunun müasir silah və texnika ilə təchizatına dair planlarını, Azərbaycanın müharibəyə hazırlaşdığı haqda xəbərdarlığını və bunun qarşısını almaq üçün “döyüş əməliyyatlarını düşmənin ərazisinə keçirməyin” vacibliyini çatdırıb. Lakin onun təkliflərinə məhəl qoyan olmayıb.

“Samo” deyib ki, 4 günlük müharibə haqda da danışacaq, ancaq başqa formatda. O, həmçinin deyib ki, tezliklə Qarabağa yollanacaq. Çünki özünün əsas missiyasını məhz Qarabağda görür. Bu hansı missiyadır, görünür onu “Samo”nu İrəvana ezam edənlər daha yaxşı bilir. Və görünən odur ki, Ermənistan hakimiyyəti ən azından Qarabağda ambisioz keçmiş səhra komandirinin timsalında tezliklə hərbi müxalifətlə qarşılaşa bilər. Nəzərə alsaq ki, aprel döyüşlərindən sonra kemiş səhra komandirlərinin bir qismi Sərkisyanı müharibəyə başlamağa və itirilmiş əraziləri qaytarmağa çağırır, radikal bəyanatlar verir, o zaman Ermənistanda qan və qənimət hərislərinin hakimiyyət uğrunda yeni mübarizəsinin başladığını demək olar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button