Bayram cənnətində dəhşətli qəza! Maşın körpüdən suya düşüb
class=”mediyanet-inline-adv”>
Taylandın Koh Samui adasında sürücü yolu azaraq bərə estakadasından suya düşüb. Maşında olan 3 nəfərdən biri pəncərəni sındıraraq sudan çıxa bildiyi halda, digər 2 nəfər isə avtomobildə ilişərək dünyasını dəyişib. Avtomobildə sıxışanların cansız cəsədləri daha sonra hadisə yerinə gələn Tayland Hərbi Dəniz Qüvvələrinin dalğıc qrupları tərəfindən sudan çıxarılıb.
MAŞINDA MÜZAKİRƏ
Qəzadan sağ çıxan 20 yaşlı Raweephap polisə verdiyi ilk ifadəsində adada tətil üçün olduqlarını, qəzadan əvvəl yollarını azdıqlarını və avtomobildə mübahisə olduğunu bildirib.
Raweephap qəza zamanı avtomobilin arxa oturacağında oturduğunu, suya düşən zaman tərs çevrilən avtomobilin şüşəsini sındıraraq oradan çıxa bildiyini bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
2023-10-04 12:12:13
Tərcümə“24 SAAT”