2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Qırmızı dənizdə gərginlik artır… Yəmən sahillərində partlayış!

class=”mediyanet-inline-adv”>

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən verilən açıqlamada Yəmən sahillərində Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının və raketlərin göründüyü bildirilib. Açıqlamada, Hudeydə şəhərinin qərbində 50 dəniz mili uzaqlıqda 2 pilotsuz uçuş aparatının müşahidə edilməsindən sonra bir gəmi yaxınlığında 2 partlayışın baş verdiyi bildirilib.

UKMTO həmçinin raketlər göründükdən sonra Hodeydadan 60 mil uzaqlıqda ayrı bir partlayış olduğunu açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Partlayışların eyni gəmini hədəf alıb-almadığı hələ bilinməsə də, hər iki hadisədə gəmi və ekipajın təhlükəsiz olduğu bildirilib.
Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Ötən həftə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə qarşı artan hücumlarına qarşı Yəməndə ABŞ-ın rəhbərliyi ilə çoxmillətli koalisiya yaradılıb.

2023-12-26 18:23:56

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button