2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bayramov Kojiçlə müzakirədə narahatlıqlarını bölüşüb


Onlar sərhəd-buraxılış məntəqəsindəki vəziyyəti müzakirə ediblər

İyulun 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə Laçın sərhəd-buraxılış məntəqəsində yaranmış son vəziyyəti və BQXK-nin Xankəndi şəhərindəki fəaliyyətini müzakirə edib.

Bu barədə XİN-in Mətbuat İdarəsi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir Ceyhun Bayramov iyunun 15-də məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səylərinə toxunub.

Məlumata görə, nazir bildirib ki, Ermənistan Azərbaycanın suverenliyinə müdaxilə cəhdlərindən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək istəmir.

Nazir həmçinin BQXK-nin 11 iyul tarixli açıqlamasında bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığı və təqdirəlayiq olduğunu bildirib.

“Müzakirə zamanı gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğu vurğulanıb”, – nazirliyin məlumatında deyilir.

Nazirliyin xəbərinə görə, Bayramov bildirib ki, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsi mümkündür.

Məlumatda o da vurğulanır ki, erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırlanıb.

İyulun 11-dən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi dayandırılıb.

Dövlət Sərhəd Xidməti bu qərarın səbəbi kimi BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsini göstərib.

Qeyd olunub ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan qanunlarını kobud şəkildə pozmaqla yanaşı, həm də humanitar təşkilat olan BQXK-ya etimaddan sui-istifadə edib.

Elə həmin gün BQXK yaydığı bəyanatda onlara məxsus avtomobillərin heç birində icazəsiz əşya aşkar edilmədiyini bildirib.

Ancaq komitə təəssüflənib ki, onlardan xəbərsiz 4 muzdlu sürücü müvəqqəti olaraq BQXK-nın loqosu olan şəxsi avtomobilləri ilə ticarət mallarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd ediblər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button