2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bayramov: “Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil”

Ermənistanla sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil.

Toplum TV xəbər verir ki, bunu  xarici işlər naziri Ceyhun Bayramov dekabrın 24-də “AzTV”yə müsahibəsində bildirib.

Bayramov açıqlamasında qeyd edib ki, prosesin müsbətə doğru dəyişməsi bir tərəfin istəyindən  asılı deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, burada hər iki tərəf addımlar atmalıdır:

“Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır”.

Ceyhun Bayramov açıqlamasında həmçinin bildirib ki, noyabr ayının sonunda Yerevandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketi alıblar.

“Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir.

Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər.

Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır”, – deyə nazir açıqlamasında vurğulayıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button