2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

BBC araşdırması: Azərbaycanda real gəlirlər nə qədərdir?

Bakıda dövlət təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-2023-cü tədris ilində 909 manat olub, şəhər təhsil idarəsi açıqlayıb.

Son 4 ayda isə rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əmək haqqı 900 manat olub.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində ölkə iqtisadiyyatında muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artıb.

Orta aylıq əmək haqqı 900 manat olsa da, adekvat olaraq, inflyasiya da artıb. Mərkəzi Bankın məlumatına görə, ilk 3 ayda inflasiya 13,8 faiz olub.

Bəs, ümumiyyətlə, 900 manatlıq orta aylıq əmək haqqı real gəlirləri əks etdirirmi?

Bəzi müstəqil iqtisadçılara görə, ölkədə biznesin təklif etdiyi qiymətləri və xərcləmələri təhlil edəndə o qənaətə gəlmək olur ki, bəzi gəlirlər rəsmiləşdirilmir və bu da özünü əmək haqqı fondunda göstərmir, əks halda orta aylıq əmək haqqı daha çox olmalıydı.

“Məsələn, Bakıda orta aylıq əmək haqqı 1000 manata yaxındır, ödənilən kommersiya ipotekası da azı 800-1000 manatdır. Burda da sual yaranır ki, o zaman bu şəxs ərzağa, kommunala xərci hardan alır?” – iqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya deyib.

Dövlət Statistika Komitəsindən BBC-yə bildiriblər ki, dövlət və özəl sektorda vəzifə maaşları ilə yanaşı bütün əlavə, bonus və mükafatlar əmək haqqı fonduna daxil edilir və bu da ümumi orta aylıq əmək haqqında özünü göstərir.

Bu yaxınlarda Mehman Hüseynova müsahibə verdiyi üçün töhmət almış millət vəkili Vahid Əhmədov istisna etmir ki, rəsmiləşməyən gəlirlər var, amma onun sözlərinə görə, aparılan islahatlar nəticəsində “qara mühasibatlıq ağarır” və korrupsiyanın qarşısını almaq üçün, xüsusilə dövlət müəssisələrində maaşlar artırılır.

Ötən ildən başlayaraq, ölkədə bir sıra dövlət qurumlarında vəzifə maaşlarının artırılmasına başlanıb. Elə ötən ilin iyun ayında sıravi millət vəkillərinin maaşlarının təxminən 7 min manata qaldırılması ölkədə real maaşların nə qədər olmalı olduğuna diqqət çəkib.

Deputatların maaşı həmin vaxt orta aylıq əmək haqqı ilə müqayisədə azı 8 dəfə artırılmışdı.

Baş nazir və dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin də maaşı gözə dəyəcək qədər artıbmış,BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.

Həmin fərman inernet resurslarına yerləşdirilməyib, sadəcə, 2004-cü il eyni adlı fərmanda qeyd olunub ki, 1 mart 2022-cü il tarixli 1609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “1-4-cü və 6-ci hissələr ləğv edilib”.

Ləğv edilən bu hissələr isə Baş nazir və digər icra strukturu rəhbərlərinin vəzifə maaşından bəhs edir.

İzləyicilər Baş nazir və digər rəhbər işçilərin maaşını inernet resurslarına yerləşdirilmiş, amma üstündən xətt çəkilərək ləğv olunduğu göstərilməyən 2018-ci il fərmanında görə bilirlər. Halbuki, 2018-ci il fərmanı qüvvəyə minəndən sonra özündən əvvəlki fərmanın elektron formasında uyğun hissəərin üstündən xətt çəkilərək bəzi müddəaların ləğv edildiyi göstərilib. Yeni fərmanın 2018-ci ilin fərmanını qüvvədən salıb-salmadığı məlum deyil.

BBC Azərbaycanca Nazirlər Kabinetindən maaş artımı ilə bağlı məlumat ala bilməyib.

1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmana görə, Baş nazir, müavinləri, nazirlər, onların müavinləri və digər yüksək vəzifə sahiblərinin maaşları diqqət çəkən məbləğlər həcmində dəyişib.

Məsələn, Baş nazirin 2018-ci ildə 2460 manat olan vəzifə maaşı indi 3690 manatdır. Üstəlik, 1609 nömrəli Fərmana görə, o, vəzifə maaşının iki misli həcmində əlavə alır. Bu isə vergilərsiz və digər tutulmalar olmadan təxminən 11 min manat edir.

Bu, Baş nazirin birinci və digər müavinlərinə də aiddir. Belə ki, Baş nazirin 1-ci müavinin maaşı 2160 manatdan 3260 manata qalxıb. Vəzifə maaşının 2 misli əlavəsi ilə birgə 1-ci müavinin aylıq qazancı təxminən (vergilərsiz və digər sosial tutulmalar olmadan) 10 min manat civarındadır.

Bu fərman toplusunda başqa vəzifəli şəxslərin də vəzifə maaşlarının artımı diqqət çəkir. Məsələn, ötən ilin yanvarından qüvvəyə minən fərmana görə, Azərbaycan Prezidentinin Təhlükəsizlik xidmətinin rəisinə 3000 manat, onun birinci müavininə 2310 manat maaş və aylıq vəzifə maaşlarının 25 faizi qədər əlavə təyin edilib.

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button