ÖLKƏ

Belarusda xaricə qaçanları vətəndaşlıqdan məhrum edəcəklər?

Loading...

Belarus Daxili İşlər Nazirliyinin idarə rəisi diktator Alyaksandr Lukaşenkanın rejimindən qaçaraq xaricə mühacirət edənlərin vətəndaşlıqdan məhrum olunması təşəbbüsü ilə çıxış edib.

AzadlıqRadiosunun Belarus xidməti bildirir ki, rəsmi bunu “SB.Belarus seqodnya” qəzetinə müsahibəsində deyib.

Belarus DİN mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Vyaçeslav Orolovski bildirib:

“Bizim ölkəmizdən qaçan, ona nifrət edən, indi isə Qərb ölkələrinin maraqları üçün işləyənlərin belarus adlanmaq haqqı yoxdur”.

Onun sözlərinə görə bu norma təkcə məskunlaşmış vətəndaşlara yox, həm də doğum etibarilə belarus olanlara şamil edilməlidir:

“Əgər onlar ölkədən üz çeviriblərsə, ölkə niyə onlardan üz çevirə bilməsin? Nəticədə onlar Belarusa sərbəst gələ, seçki proseslərində, dövlətin ictimai və siyasi həyatında iştirak edə bilməyəcəklər”.

Konstitusiyaya zidd

Lakin Belarus Konstitusiyasının 10-cu maddəsində deyilir: “Heç kəs Belarus vətəndaşlığından məhrum edilə bilməz”.

Belarus DİN-in mütəşəkkil cinayətkarlıq, terrorçuluq və korrupsiyaya qarşı mübarizə idarəsi ölkədə ötənilki prezident seçkisinin ardınca başlanan kütləvi etirazların qarşısının alınmasında, müxalifətə divan tutulmasında fəal iştirak edib.

Nümayişçilər seçkinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını deyirdilər.

Belarusda başlanmış repressiyalara görə on minlərlə ölkə vətəndaşı Belarusu tərk etməli olub.

Hazırda demək olar ki, bütün Belarus müxalifəti ya mühacirətdə, ya da həbsxanadadır.

Fəallara qarşı minlərlə canayət işləri açılıb. Beynəlxalq insan haqları qrupları Belarusda 800-dək siyasi məhbusun olduğunu bildiriblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button