2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bengt Hildebrand: “Ağdamdakı Çörək Muzeyini dağıdılmış vəziyyətdə görmək üzücüdür”

“Ağdamdakı Çörək Muzeyinin demək olar ki, tamamilə dağıdılmasını görmək üzücüdür, ondan yalnız fasadın və mozaikanın bir hissəsi qalıb”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən səyahətçilər qrupuna rəhbərlik edən “Club 100”ün İdarə Heyətinin üzvü, isveçli səyahətçi Bengt Hildebrand deyib.

“Qarabağ kimi ərazilər ziyarət üçün o qədər də əlçatan deyil, biz burada olduğumuza görə çox şadıq. İşğaldan azad olunan ərazilərin təbiəti çox gözəl və mənzərəlidir, Qarabağın dağlarının bəzi yerləri mənə İsveçi xatırladır”, – o söyləyib.

Səyahətçinin sözlərinə görə, təbiətlə yanaşı, dağıdılmış Ağdam Çörək Muzeyi də onda böyük təəssürat yaradıb: “Düşünürəm ki, vaxtilə bu, çox gözəl tikili olub, indi onun belə vəziyyətdə olması təəssüf doğurur”.

Səyahətçi mina partlamasını izləməyin onun üçün maraqlı, eyni zamanda olduqca qorxulu təcrübə olduğunu əlavə edib.

Xatırladaq ki, bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində “Club 100” üzvləri Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında olublar.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button