2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Biləsuvarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması keçirilib

Biləsuvar rayonunda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi, gənc fəal, Yeni Azerbaycan Partiyasının üzvü Kamran Kamranlının təşkilatçılığı ilə keçirilən yarışda rayonun müxtəlif məktəblərindən seçilən 100 şagird iştirak edib.

Tədbirdən öncə iştirakçılar rayon mərkəzində yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar, onun xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Biləsuvar Gənclər Evində bilik yarışı start götürüb. Şagirdlər əvvəlcə ulu öndərlə bağlı esse yazıblar. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə dair test suallarını cavablandırıblar. Hər iki mərhələdən uğurla keçən şagirdlərə layihənin tərəfdaşları tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Ümumilikdə 100 şagirdin hamısına həvəsləndirici hədiyyələr verilib.

Tədbir zamanı Biləsuvar RİH-in başçısı Faiq Qürbətov, layihə rəhbəri Kamran Kamranlı və digər rəhbər şəxslər çıxış edərək bildiriblər ki, layihənin məqsədi Ulu öndərin həyat və faəliyyətinin öyrənilməsi, onun irsinin gənclər arasında təbliği, eyni zamanda gənc nəslin elmə və marifləndirici yarışlara marağının artırılmasıdır.
Layihə rəhbəri bu cür tədbirlərin ənənəvi hal alacağını qeyd edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button