2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Biləsuvarda polis işçilərinin peşə bayramı günü qeyd olunub

Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə Biləsuvar rayonunda tədbir təşkil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və Rayon Polis Şöbəsinin rəisi polkovnik Nəsib Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri əlamətdar gün münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Daha sonra Biləsuvar rayonunun Bəydili kəndində Rayon Polis Şöbəsinin yeni tikilmiş 4 saylı inzibati sahəsinin polis sahə məntəqəsinin açılışı olub.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı F.Qürbətov, deputat B. Məhərrəmov və şöbə rəisi N.Məmmədov polis əməkdaşlarını təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyi bildirilib, ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısı xüsusi vurğulanıb.

Sonra daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanlanmış təbrik məktubu oxunub.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa Fəxri fərmanlar və mükafatlar təqdim olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button