2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Binaların istilik təchizatı ilə bağlı məhdudiyyətlər qoyulacaq

Azəbaycanda binaların istilik təchizatı ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Yeni hazırlanan “Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi” adlı yeni normativ akta görə, çoxmənzilli yaşayış binalarının daxilində qazanxanaların yerləşdirilməsinə yol verilməyəcək.

Qazanxanaların yaşayış binalarına bitişik və onların damında yerləşdirilməsinə icazə veriləcək. Bu halda qazanxanaların suyun temperaturunu 115°С-yə qədər olan suqızdırıcı qazanlardan istifadə etməsi və istilik gücünün 3 MVt-dan çox olmaması lazım olacaq. (Trend)

Saytların yığılması Saytlarin yigilmasi

Dam qazanxanalarının yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə olmasına icazə verilməyəcək. Başqa sözlə, yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz, dam qazanxanası tikilən binanın divarı qazanxananın divarı ola bilməz.

Məktəbəqədər uşaq və məktəb müəssisələrinin binalarına, xəstəxana və poliklinikaların korpuslarına, sanatoriya və istirahət müəssisələrinin yataq korpuslarına bitişik, onların daxilində və damında qazanxanaların layihələndirilməsinə yol verilmir.

İstənilən təyinatlı binalarda 26,5 m hündürlükdən yüksəkdə dam qazanxanasının yerləşdirilməsi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmalıdır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button