2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

BİR MİLLƏT-İKİ DÖVLƏTdən ofşorlara daşınan sərvət – Ərdoğanla Əliyevin “qaz əməliyyatı”

Əcnəbi jurnalistlər “Re:Common” Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının təhqiqat qrupu ilə birgə Türkiyəylə bağlı olduqca maraqlı faktların yer aldığı araşdırma aparıblar. Yazının hazırlanmasında ayrı-ayrı ölkələrdən olan araşdırmaçı jurnalistlər iştirak edib, çoxsaylı sənəd və hüquqi aktlar öyrənilib. Yarım il sürən araşdırmalar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri, yaxın ətrafı, onların Azərbaycan hakimiyyəti ilə, Putinin ətrafındakı menecerlər və energetiklərlə bağlılığını faktlarla ortaya qoyur. Araşdırmanı “Azadlıq”ın oxucularına təqdim edirik:

Əvvəli burda

Saytların yığılması Saytlarin yigilmasi

Ərdoğanı yuxuda görən sahibkar

Fəttah Tamince “Rixos” otellər şəbəkəsinin sahibidir. 2004-cü ildə verdyi məşhur müsahibəsində bildirmişdi ki, Azərbaycana səfəri zamanı Ərdoğana “aşiq olduğunu” və həftədə 3-4 dəfə onu yuxuda gördüyünü deyib.

Fəttah Tamince və Ərdoğan

Türkiyə prezidentinin ailəsi yay tətillərini dəbdəbəli “Rixos” otellərində keçirirdi. İş adamının bu qonaqpərvərliyi layiqincə qiymətləndirilirdi.

2013-cü ildə Tamince mübahisəli layihə üçün hökumətdən razılıq ala bilmişdi. Söhbət, tarixi ərazidə nəhəng limanın inşasından gedirdi. Tamincenin qədimi-arxeoloji ərazidə nəhəng otelin tikintisini nəzərdə tutan layihəsi də böyük səs-küyə və tənqidlərə səbəb olmuşdu.

İş adamı hazırda da “Arkgas”ın İdarə Heyətinin üzvüdür. O, üzvlük hüququnu 2014-cü ilin 14 iyununda, Ərdoğanın bacısının yoldaşı ilə birgə qazanıb.

Bununla yanaşı, Tamince “Cig Petrol”un bütün kapitalına sahib olan “Ftg Gayrimenkul”un əsas səhmdarıdır. Səhmlərin 99,9 faizi ona aiddir.

O, “Star Media”nın mülkiyyətinin satışı zamanı da gündəmə gəlmişdi. Tamince qısa vaxt ərzində həmin mülkiyyəti alıb satmışdı. İlk dəfə bu mülkiyyəti 2009-cu ildə sahibkar Ətəm Sancaqdan satın alıbmış. 2013-ün aprelində isə səhmlərin 50 faizini SOCAR-a satıb. Və beləliklə də Azərbaycan dövlətinin ən vacib tərəfdaşına çevrilib.

2014-ün mayında Ətəm Sancağa yerdə qalan 50 faizlik səhm paketini də satıb. Həmin ilin sentyabrında isə SOCAR-dan yenidən 50 faizi geri alıb. Və ardınca da aldığı səhm payını Ətəm Sancağın qardaşı oğlu Murat Sancağa satıb.

Offşor qalamaqalı…

Tamincenin adı offşor qalmaqalında da çəkilir. “Panama sənədləri”nin arxivində ona məxsus ən azı 4 offşor şirkətin adı keçir. 2003-2013-cü illərdə fəaliyyət göstərən bu şirkətlər Britaniyanın məşhur Vircin adalarında yerləşib – “Althorn International”, “Hazara Asset Management”, “Rogor” və “Sembol Ltd”.

Tamince’nin adı Panama sənədlərində

“Ramon Fonseca” və “Jürgen Mossack” hüquq şirkətləri həmin vaxt Taminceni özünün ən yaxşı müştəriləri siyahısına daxil etmişdi. Yaxşı müştəri üçün konfedensial əməliyyatlar da həyata keçirilirdi. Məsələn, 2006-cı ilin 15 fevralında Tamince səhmlərinin yarısını “Rogor” adlı digər offşora satıb. Həmin şirkətin səhmdarlarından biri Çingiz Dosmuxambetov adlı şəxs olub. 1982-ci ildə Qazaxıstanda anadan olan bu şəxsin qazax nazirlərdən birinin oğlu olduğu iddia edilir.

Tamince Panama hüquq şirkətindən İsveçrə bankında “Althorn” şirkətinin adına hesab açmağı da xahiş etmişdi.

Sümeyya Ərdoğanın ABŞ-dakı təhsilini kim maliyyələşdirib?

Rəcəb Tayyib Ərdoğan və qızı Sümeyya

Rəmzi Gür – Türkiyənin tanınmış iş adamlarından biridir. 70-ci illərdə Londonda “Ramsay” şirkətlər qrupunu təsis edib. Həmçinin Türkiyədə tekstil fabriki qurub, ABŞ, Rusiya, Çindən geyimlər gətirib.

2013-cü ildə Ərdoğan Gürün qızı Tuğbanın toyunda şahid olub. Mətbuatın yazdığına görə, Ərdoğanın qızı Sümeyya ABŞ-da təhsil alarkən ona məhz Rəmzi Gür pul göndərirmiş. Gür həm də Ərdoğana yaxın iş adamları arasında SOCAR-la yaxın əlaqələri ilə seçilir.

2008-ci ildən “Enpo Enerji”nin İdarə Heyətinin üzvüdür. Bu şirkət 2011-ci ildə “Socar Turkey Gaz”ın (Azərbaycan qazını satan) əsas təsisçilərindən biri olub və səhmlərin 21,5 faizinə sahiblik edib.

2013-cü ilin dekabrından bu günə qədər Gür “Enpo”da prezident vəzifəsini tutur. İdarə Heyətinin digər üzvləri Səlim Doğan (Həsən Doğanın oğlu) və Rəmzi Gürün qızı Yasəmən Solmazdır. Maraqlıdır ki, ictimaiyyətə açıq məlumatlarda “Enpo”nun səhmdarları barədə heç bir bilgi yoxdur.

“Socar Turkey Petrol”da da R.Gürün iki övladının payı var.

“Panama sənədləri”nə uzanan yol

“Panama sənədləri”ndə Gürlə balı xeyli sənəd var. Məsələn, “Excel Energy Trading Ltd” offşor şirkəti 2010-cu ildə Vircin adalarında təsis edilib. Şirkətin səhmlərinin 75 faizi Gürə, 25 faizi isə 1963-cü ildə Ankarada doğlulan, lakin Londonda yaşayan Ömər İskəfyuəli adlı şəxsə aiddir. Bu şəxs Türkiyədə “Petrol Ofisi International Oil Trading Limited” (Point) adlı şirkətin rəhbəri və “Lysa Investment” şirkətinin təsisçisi kimi tanınır. Hər iki şirkət İstanbulda dələduzluqda və vergidən yayınmada ittiham olunsa da, iş indiyədək açıq qalır.

“Red Castle International Corp” adlı şirkət isə Panamada 2004-cü ildə qeydiyyatdan keçib.  2006-2007-ci illərdə Gürün qızı Yasəmən Solmazın adına olan şirkətin hesabında 2 155 000 dollar vəsait aşkarlanmışdı.

Rəmzi Gürün qardaşı oğlu Mehmet “Ortadoğu Proje”də Ziya İlgənlə (Ərdoğanın bacısının əri) birgə İdarə Heyətinin üzvüdür. 2008-ci ildə Gürün adı bir siyasətçini satın almaqda hallandırıldı və iş üzrə təhqiqat başladıldı. Gürə 10 il həbs cəzası verildi. İttihamları rədd edən iş adamı korrupsiyaya nifrət etdiyini bəyan etdi. 2010-cu ildə hökm cərimə ilə əvəzləndi.

Gür ailəsinin digər üzvləri də nüfuzlu adamlardır. Qayını (xanımı Nəvinənin qardaşı) Həsən Doğan Türkiyə Futbol Federasiyasının rəhəbridir. H.Doğanın qardaşı Hüseyen və onun xanımı Fatma Nursəlin SOCAR-ın neft-qaz şirkətləri ilə çoxsaylı işgüzar əlaqələri var.

Hüseyn Doğan ötən il dünyasını dəyişəndə dəfn mərasiminə Ərdoğan da qatılmışdı.

Ətəm Sancaq kimdir?

Ətəm Sancaq

Türkiyə hökuməti ilə yaxın əlaqələrdə olan iş adamlarından biri də Ətəm Sancaqdır.  İş həyatına kiçik tibb firmasından başlayan Sancaq sonralar xəstəxanalar şəbəkəsi və nəhəng əczaçılıq şirkəti qurur. Və 2013-də onları İngiltərənin şirkətlər qrupu “Stefano Pessina” və “Ornella Barra”ya satır.

Sancaq Ərdoğana açıq şəkildə dəstək verən sahibkarlardandır. O, hətta 2012-ci ildən AKP-də ombudsman vəzifəsini tutur. İş adamı 2013-cü ildə “Günəş” və “Axşam” qəzetlərini, iki radiostansiyanı və “Sky360” telekanalını satın alır.

2014-də “Star Media”nı, daha sonra da “Bmc” zavodunu alır. Bu zavod nümayişçiləri dağıtmaq üçün su şırnaqları, həmçinin döyüş tanklarının istehsalı ilə məşğuldur.

Kürəkən, iş adamı, nazir…

Bərat Albayraq

Türk nazir Bərat Albayrak da Ərdoğan ailəsinin üzvüdür. O, 2014-cü ildə Ərdoğanın qızı Əsra ilə evlidir. Albayrak 2007-dən 2013-dək enerji nəhəngi “Çalık Holding”in rəhbəri olub.

Türkiyə və İraqda gördüyü işlərlə bağlı dəfələrlə müxalifətin ittihamlarına tuş gəlib. Qardaşı Sərhat Albayrak “Çalık Holding”in İdarə Heyətinin üzvüdür və bugünədək “Turkuvaz media”nı idarə edir.

Azərbaycanda qaz ticarəti hakim rejimlə birbaşa bağlıdır. 2003-cü ildən hakimiyyətdə olan prezident İlham Əliyevə bu vəzifə ölkəni 1969-cu ildən bəri idarə edən Heydər Əliyevdən ötürülüb. Beləliklə, neft və qazla zəngin olan bu balaca ölkə artıq yarım əsrdir ki, bir ailənin əlindədir.

Azərbaycan hakimiyyəti beynəlxalq qurumlar tərəfindən dünyanın korrupsiyalaşmış ölkələrərindən biri kimi tanınır.

“Xədicə İsmayıl haqlı çıxdı…”

“Panama sənədləri”ndən məlum olur ki, azərbaycanlı jurnalist Xədicə İsmayıl (bir müddət həbsdə olub) haqlı olaraq prezident ailəsinin üzvlərini offşor holdinqlərin, nəhəng dövlət resurslarının, qiymətli metal mədənlərinin sahibləri adlandırıb. Onun məqalələrində qeyd olunur ki, hakim ailə ölkənin bütün resurslarını idarə edir.

“Washington Post” isə üzə çıxarıb ki, xaricdə prezidentin üç övladının adına ən azı 120 milyon dollarlıq mülklər var. Və bu mülklər offşor şirkətlər vasitəsilə əldə olunub.

2012- 2013-cü illərdə Brüsselin “Tap-Tanap-Scp” kəmərinin tikintisinə razılıq verməsindən bir neçə ay əvvəl rejimin lobbiçiləri onlarla avropalı və amerikalı parlamentarini maliyyələşdirirdi. O cümlədən də Luka Volonteni.

Sonradan Volonte etiraf etmişdi ki, onun ailə fondlarına Azərbaycandan pul köçürmələri daxil olub. Dediyinə görə, bu vəsaiti tamamən qanuni yolla əldə edib.

Milan prokurorluğun həmin pulun miqdarını açıqlayıb – 2 milyon 390 min avro.

SOCAR neft və qazı şirkətin sirli sistemi vasitəsilə satır. Bu sistemin “kassası” İsveçrə şirkətidir. Şirkət 2007-ci ildə BTC neft kəmərinin açılışından sonra təsis edilib.

“Socar Trading” adlı bu şirkət ildə 30 milyard dollardan çox gəlir əldə edir. İlk beş ildə Azərbaycan hakimiyyəti…

Ardı var

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button