2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bir sıra ölkələrin xarici işlər nazirləri Bakıya gələcək

Aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.

Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button